“Roma”nın daha bir futbolçusu Türkiyəyə gələ bilər
“Beşiktaş” transfer pəncərəsinin son günündə “Roma”nın hücumçusu Stefan Əl Şəəravini heyətinə qatmaq istəyir.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
“Qara qartallar” Əl Şəəravini mövsümün sonuna kimi icarəyə götürmək variantları üzərində də düşünür.
Forvard bu mövsüm A seriyasında 16 oyunda 3 qol vurub.
ANAR ABDULLAYEV







