“Roma”nın hücumçusu Türkiyə klubunda - RƏSMİ
“Roma”nın özbək hücumçusu Eldor Şomurodovun “Başakşəhər”a keçidi rəsmiləşib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Türkiyə klubu mövsümün sonunda hücumçunu satın almaq imkanına malikdir.
Qeyd edək ki, Eldor Şomurodov 2024/2025 mövsümündə İtaliya A Seriyasında 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Hücumçunun Avropa Liqasında isə 8 oyunda 2 qolu və 1 assisti var.