featured-image-29666

“Roma”nın qapıçısı Ruy Patrisiu Avropa Liqasında oyun sayına görə rekord müəyyənləşdirib. Msport.az xəbər verir ki, portuqaliyalı qolkiper turnirdə 67-ci görüşünə çıxıb.

Bu 2009-2010-cu illərdən bu yana yarışın yeni rekordudur.

İkinci yerdə “Srvena Zvezda”nın oyunçusu Aleksandr Draqoviçdir – 66 matç.

Ru Patrisiu bu mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 48 oyun keçirib. O, həmin görüşlərdə 43 top buraxıb, 19 qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilib.

Xatırladaq ki, “Roma” Avropa Liqasının ilk yarımfinal oyununda “Bayer” üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu mayın 18-də Leverkuzendə olacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər