“Roma”nın seriyası qırıldı
“Atalanta” İtaliya A Seriyasının 36-cı turunda “Roma”ya 2:1 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, bununla paytaxt klubunun 19 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
“Canavarlar” bu görüşə qədər ölkə çempionatında keçirdiyi son 19 matçın 14-də qələbə qazanıb, 5-də heç-heçə edib. “Roma” “Atalanta” ilə qarşılaşmaya qədər axırıncı dəfə ötən ilin dekabrında “Komo”ya (0:2) məğlub olub.
Qeyd edək ki, “Atalanta” hazırda 71 xalla üçüncü pillədə qərarlaşır. “Roma” isə 63 xalla 6-cı sıradadır.