“Roma”nın yeni baş məşqçisi məlum oldu
“Roma”nın yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, paytaxt klubu Can Pyero Qasperini ilə anlaşıb.
67 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Beləliklə, təcrübəli məşqçi 9 illik fəaliyyətdən sonra “Atalanta”dan ayrılır.
“Atalanta” onun rəhbərliyi altında 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasını qazanıb. Berqamo təmsilçisi İtaliya A seriyasının son mövsümünü 3-cü yerdə tamamlayıb və Çempionlar Liqasında mübarizə aparacaq.
5-ci olan “Roma” isə Avropa Liqasında çıxış edəcək.