featured-image-24429

Nemanya Matiç “Roma” ilə müqaviləsini uzatmağa yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Serbiyalı yarımmüdafiəçi İtaliya klubunda qalaraq Joze Mourinyonun rəhbərliyi altında oynamaq istəyir. Paytaxt təmsilçisi 34 yaşlı futbolçuya 2024-cü ilin iyununa kimi nəzərdə tutulan 1 illik müqavilə təklif edəcək. Matiçin hazırkı anlaşması 2023-cü ilin yayında başa çatacaq.

O, “Roma”ya 2022-ci ilin iyununda “Mançester Yunayted”dən keçib. Təcrübəli oyunçu əvəllər “Benfika” və “Çelsi”də də çıxış edib. Matiç Mourinyonun rəhbərliyi altında həm “Çelsi”, həm də “Yunayted”də oynayıb.

Bu mövsüm A seriyasında 23 matça çıxan dayaq yarımmüdafiəçisi 1 qol vurub və bir məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər