featured-image-29209

“Roma” yay hazırlıq dönəmini Asiyada keçirəcək. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “canavarlar” turne zamanı 3 yoxlama oyununda güclərini sınayacaqlar.

Joze Mourinyonun komandası iyulun 29-da Cənubi Koreyada İngiltərənin “Vulverhempton” klubu ilə qarşılaşacaq. “Roma” avqustun 1-də yerli “İnçxon Yuneyted” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, İtaliya təmsilçisi Cənubi Koreyaya Sinqapurdan gələcək. Həmin ölkədə isə onları iyulun 26-da “Tottenhem”lə matç gözləyir.

Bu “Roma”nın Cənubi Koreyaya ilk səfəri olacaq.

ANAR

Bənzər xəbərlər