featured-image-41679

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin “Amerika” klubunun prezidenti olub.

Msport.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Amerika” Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında – Karioka çempionatında mübarizə aparır.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın “Barselona” və Niderlandın PSV klublarının da formasını geyinib.

Bənzər xəbərlər