featured-image-21239

Ronald Kuman Niderland milli komandasının yeni baş məşqçisi kimi təsdiqlənib.

Msport.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol Federasiyasının (KNVB) mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis bu gündən etibarən köhnə-yeni işində fəaliyyətə başlayıb. Kumanla 2026-cı ilədək müqavilə imzalanıb. Bu postda Lui Van Qalı əvəzləyən niderlandlı məşqçi ilk mətbuat konfransında hədəflərindən də söz açıb. O, əsas məqsədlərinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq və orada uğur əldə etmək olduğunu bildirib.

Xatırladaq ki, Ronald Kuman 2018-2020-ci illər aralığında da Niderland yığmasına rəhbərlik edib.

Bənzər xəbərlər