featured-image-24236

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendes de Assis Moreyra İspaniyanın “Barselona” klubu ilə müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı hücumçu yeni komandası ilə 1.5 illik anlaşıb.

“Kruzeyro”nun yetirməsi olan Joao Mendes Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb.

Bənzər xəbərlər