featured-image-20765

Braziliyalı əfsanəvi futbolçu Ronaldo Luis Nazario de Lima 4-cü dəfə nigaha girməyə hazırlaşır. İkiqat dünya çempionu bu dəfə braziliyalı model, iş adamı Selina Loksla münasibətlərini rəsmiləşdirəcək.  33 yaşlı Selina “Celina Locks” brendini yaradaraq kosmetika məhsullarının istehsalı və satışı ilə məşğuldur.

Amma Ronaldo ilə Selinanın övladı olmayacaq. “Real”, “Barselona”, “İnter” kimi klublarda oynamış hücumçu 2010-cu ilin dekabrında vaektomiyadan (bu əməliyyatdan sonra kişinin ereksiyası, libidosu yerində qalır, o, cinsi əlaqədə ola bilir. Amma uşağı dünyaya gəlmir) əməliyyat olunub.

“Dovşandiş” ləqəbli forvard buna qədər üç dəfə evli olub. O, 1997-1999-cu illərdə braziliyalı model Süzana Vernerlə görüşüb. Sonralar Verner braziliyalı qapıçı Julio Sezarla ailə qurub.

1999-cu ilin aprelində Vernerlə ayrılan Ronaldo futbolçu Milena Dominqeslə nigaha girib. Bu evlilik 4 il davam edib. Dominqes hazırda “Real”ın yetirməsi olan ispaniyalı David Aqansoda ərdədir.

Ronaldonnun 4 uşağı var: Ronald (6 aprel 2020-ci ildə anadan olub), Aleksandr (2005-ci ilin apreli, Ronaldonun Tokioda restoranda tanış olduğu braziliyalı ofisiantdan dünyaya gəlib. 2010-cu ilin dekabrında DNK testi nəticəsində atasının Ronaldo olduğu sübut edilib), Mariya Sofiya (24 dekabr 2008) və Mariya Alisa (6 aprel 2010-cu il).

AYXAN 

 

Bənzər xəbərlər