featured-image-54706

Portuqaliya millisinin və “Əl Nəsr”in hücumçusu Kraştiano Ronaıdo karyerasında 902-ci qolu vurub. Msport.az xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatında “Əl İttifaq”la oyunda (3:0) fərqlənib.

39 yaşlı forvard 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı açıb. Ronaldo rəsmi oyunlarda 902 qol vuran ilk futbolçu olub. Hücumçu qollarının 132-ni milli komandada, digərlərini isə müxtəlif klublarının heyətində vurub. O, dünya futbolu tarixinin ən yaxşı bombardiridir.

Bənzər xəbərlər