Ronaldo 950 qola çatan ilk futbolçu oldu
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo 950 qol vuran ilk futbolçu olub.
Msport.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının VI turunda səfərdə “Əl-Həzm”ə qarşı keçirilən oyunda fərqlənib.
Onun vurduğu qoldan sonra hesab “Əl-Nəsr”in xeyrinə 2:0 olub. Ronaldodan sonra Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi gəlir – onun hesabında 891 qol var.
Ronaldunun 40 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klub dünya çempionatları tarixində ən yaxşı bombardirdir. Futbolçu 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçib.







