featured-image-61252

“Real” və “Milan” kimi klublarda oynamış Braziliya millisinin sabiq üzvü Ronaldo Karlo Ançelottini yığmanın başında görmək istəyir. Msport.az xəbər verir ki, “dovşa diş” ləqəbli veteran futbolçu 2026-cı ilin martında keçiriləcək seçkilərdə Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Əgər o, prezident seçilərsə, Ançelottini millinin baş məşqçisi postuna dəvət edəcək.

Hələ ki tərəflər arasında heç bir danışıq olmayıb. Mənbənin sözlərinə görə, Ronaldonun məqsədi italiyalı mütəxəssisin “Real”dakı işini atması deyil. 65 yaşlı məşqçi Madrid  klubundan qovularsa, Braziliya seçməsinə dəvət olunacaq.

Ançelottinin “kral klubu” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Bənzər xəbərlər