featured-image-25194

Kriştiano Ronaldo ardıcıl 3 oyundur ki, Səudiyyə Ərəbistanında qol vura bilmir. Msport.az xəbər verir ki, 38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı kubokunun 1\4 final mərhələsinin “Əl Nəsr” – “Abha” matçında 87 dəqiqə meydanda olub. Ulduz futbolçu həmin görüşdə məhsuldar hərəkətlə yadda qalmayıb.

Ronaldo birinci hissə qutardıqdan sonra sarı vərəqə ilə cəzalanıb. O, hücum zamanı hakimin ilk yarının başa çatması ilə bağlı səslənən fitindən əsəbləşib və topu əlinə götürərək uzağa vurub.

Bu oyundan əvvəl Kriş çempionatın iki qarşılaşmasında – “Əl Batina” (3:1) və “Əl İttihad Ciddə”lə görüşlərdə də fərqlənə bilməmişdi.

Qeyd edək ki, Ronaldo Ər-Riyad klubunda 9 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər