featured-image-65576

Səudiyyə Ərəbistanında mövsüm başa çatıb.

Msport.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo çempionatı 25 qolla Pro Liqanın bombardiri kimi başa vurub.

Portuqaliyalı superulduzun klubu 70 xalla üçüncü yeri tutub.

“Qızıl top”un beşqat qalibi “Əl-Nəsr”ın heyətində bütün yarışlarda keçirdiyi 41 görüşdə 35 dəfə fərqlənib, 4 assist edib. 40 yaşlı hücumçu AFK Çempionlar Liqasının 8 oyununda 8 qol vurub.

Bənzər xəbərlər