featured-image-27473

Kriştiano Ronaldonun qol seriyası 4 oyundan sonra başa çatıb. Msport.az xəbər verir ki, “Əl Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunda “Əl Feyxi”nin qapısına yol tapa bilməyib – 0:0.

Portuqaliyalı futbolçu bundan əvvəlki 4 oyunda 7 dəfə fərqlənmişdi. “Əl Nəsr”in heyətində o, “Abha”ya bir, “Əl Adalh”a isə 2 qol vurmuşdu.  38 yaşlı oyunçu millidə Lixtenşteyn və Lüksemburqla Avro-2024-ün seçmə mərhələ görüşlərində dublla yadda qalmışdı.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 10 oyunda 11 qol vurub.

ANAR 

Bənzər xəbərlər