featured-image-21143

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşacaq.

Msport.az xəbər verir ki, Kristiano Ronaldo bu matçda meydana çıxaraq, “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edə bilər.

Ronaldo artıq Səudiyyə Ərəbistanında meydana çıxıb. Bu, Riyad komandasının (“Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq görüşündə baş verib. Həmin matçda portuqaliyalı forvard dubla imza atıb.

Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bənzər xəbərlər