featured-image-25604

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Abha” ilə oyunda cərimə zərbəsindən fərqlənib. Msport.az xəbər verir ki, matç “Əl Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu portuqaliyalı futbolçunun cərimə zərbəsindən vurduğu 59-cu qol olub. 38 yaşlı forvard son dəfə standart vəziyyətdən 2022-ci il aprlin 16-da “İngiltərə Premyer Liqasında Mançester Yunayted”də çıxış edərkən “Norviç”in qapısına yol tapmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər