featured-image-21189

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşıb.

Msport.az xəbər verir ki, Kristiano Ronaldo bu matçda meydana çıxmaqla “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edib.

Komandasının 1:0 hesablı qələbəyə sevindiyi bu oyunda qələbə qolunu Anderson Talişka vurub. Start heyətdə yer alan Ronaldo sonadək meydanda olub.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bənzər xəbərlər