featured-image-26281

“Milan” və “Real”ın sabiq baş məşqçisi Fabio Kapello Ronaldonun bu kluba keçidini xatırlayıb. Msport.az xəbər verir ki, o, braziliyalı hücumçunun gecə həyatını, xanımları sevdiyini dilə gətirib:

“Madridlilərin bəxti gətirdi ki, Ronaldonu yola saldılar. Zarafat edirəm. Yox zarafat etmirəm, bu, həqiqətən belədir. Mən prezidentlə danışıb dedim ki, “ondan qurtulmalıyıq”. Çəkisi 94 kq idi. Ronaldodan soruşdum ki, Cənubi Koreya və Yaponiyada dünya çempionu olanda neçə kq idin? Cavab verdi ki, “84”. Bu necə ola bilər? 94 kq çəki ilə sən oynaya bilməzsən. Arıqlamaq lazım idi, o, isə bunu istəmirdi. O, gecə həyatını, qadınları çox sevirdi. Bir çox futbolçular onun you ilə getdilər.

Prezidentə dedim ki, “Ronaldonu satmalısız”. O, hansısa Ərəb klublarından birinə getməli idi. Berluskoni mənə zəng vurdu ki, “Ronaldo haqqında nə deyə bilərsən”? Dedim gecə həyatını, qadınları sevir, çəkisi 94 kq-dır. Silvio təşəkkür edib sağollaşdı.

Sabahsı gün “La Gazzetta dello Sport”da “Ronaldo “Milan”a keçir” başlığı görürəm.

Xatırladaq ki, Ronaldo “Milan”da 20 oyun keçirib 9 qol vurmuşdu. Braziliyalı hücumçunun İtaliya klubundakı karyerası zədələrlə müşayət olunmuşdu.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər