featured-image-62249

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldunun təhlükəsizliyini təmin edən şirkət ulduz futbolçuya İrana səfər etməməyi məsləhət görüb.

Msport.az xəbər verir ki, portuqaliyalı oyunçunun komandası Asiya Çempionlar Liqasının 1\8 final mərhələsində İranın “Esteqlal” klubu ilə qarşılaşacaq.  Oyun martın 3-də Tehranda keçirilməlidir.

Ötən il “Əl Nəsr” İrana səfər edərkən Ronaldonu görmək üçün toplaşmış azarkeşlərin böyük izdihamı nəticəsində qarışıqlıq yaranmışdı.

“Əl Nəsr” Tehran klubuna matçın neytral meydanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərsə də, İran tərəfi bundan imtina edib.

“Esteqlal”ın imtinasından sonra Ronaldonun həmin oyunda iştirak etməyəcəyi ilə bağlı xəbərlər yayılıb.

 

Bənzər xəbərlər