featured-image-56148

Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”la üz-üzə gəlib.

Msport.az xəbər verir ki, matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Qarşılaşmanın 69-cu dəqiqədə “Əl-Nəsr”in müdafiəçisi Aymerik Laport hesabı açıb. Daha sonra 90-cı dəqiqədə qonaqların qapısına avtoqol vurulub. Oyunda yekun nəticəni Kriştiano Ronaldo 90+7-ci dəqiqədə 11 metrlik zərbəni qola çevirərək qoyub. 5 dəqiqə sonra “Əl-Nəsr”in futbolçusu Məhəmməd Simakan meydandan qovulub.

Qeyd edək ki, yeddi oyundan sonra “Əl-Nəsr” 17 xal toplayaraq ikinci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər