Ronaldo Konfederasiyanın prezidenti olmaq istəyir
Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. “Fenomen” ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.
48 yaşlı Ronaldo prezident olacağı təqdirdə, İngiltərənin “Mançester Siti” komandası ilə müqaviləsi gələn il başa çatacaq Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.
Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın “Real Valyadolid” və Braziliyanın “Kruzeyro” klublarının səhmlərinə sahibdir.