featured-image-16938

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo “The Sun”a nəşrinə qalmaqallı açıqlama verib.

Msport.az xəbər verir ki, Portuqaliyadan olan 37 yaşlı hücumçu klubdakı vəziyyəti, baş məşqçi Erik ten Haqla münasibəti, ona qarşı edilən tənqidlər və s. haqqında danışıb:

“Erik ten Haqa hörmət etmirəm, çünki o da mənə sayğı göstərmir. Sən mənə ehtiram göstərməsən, mən də səni heç vaxt saymaram.
Bəli, “Mançester Yunayted” məni ayrılmağa məcbur edir. Bunu təkcə baş məşqçi deyil, klubdakı başqa 2-3 nəfər də istəyir. Xəyanətə uğradığımı hiss edirəm.

Pikasso deyib ki, yeni bir uğur əldə etmək üçün əvvəlcə hər şeyi dağıtmalısınız. Buna məndən başlayacaqlarsa, heç problem deyil.

Ueyn Runinin niyə məni çox tənqid etdiyini bilmirəm. O, təqaüdə çıxıb, mən hələ də üst səviyyədə oynayıram. Yəqin buna görədir. Dilə gətirmədiyim bir gerçəklik isə ondan daha yaxşı görünməyimdir.

Ser Aleks Ferqyussonun ayrılığından sonra MY-də zərrə irəliləyiş görməmişəm.

Ürəyimin səsini dinləyib “Mançester Yunayted”ə gəldim. Çünki bu klubu və azarkeşlərini sevirəm. Ser Aleks mənə “Mançester Siti”yə getmə” deyəndə, onu dinlədim.

Baş məşqçi deyilsənsə, niyə “Mançester Yunayted”in sükanı arxasına keçirsən?! Ralf Raqnikin adını daha əvvəl heç eşitməmişdim”.

Bənzər xəbərlər