featured-image-17297

PSJ rəhbərliyi qışda “Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldonu transfer etməkdə maraqlıdır.

Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, PSJ-nin idman direktoru Luis Kampos heyətdə gənc futbolçuların sayını çoxaltmaq istədiyi üçün mümkün transferdən narahatdır.

Ronaldonun “Sportinq”ə keçmə ehtimalı da var. Bu transfer “qırmızı şeytanlar”ın mövqeyindən və qərarından asılıdır.

“Mançester Yunayted” Ronaldo ilə yolları ayırmağı düşünür. Rəhbərlik onun DÇ-2022-dən sonra kluba qayıtmasını istəmir.

37 yaşlı Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, PSJ-yə keçsə, uzun illər ən çox müqayisə olunduğu Lionel Messiylə komanda yoldaşı olacaq.

Bənzər xəbərlər