featured-image-29044

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştiano Ronaldonu yığmaya çağırmaqda davam edəcək.

Msport.az “O Jogo”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl Nəsr”in futbolçusunun təcrübəsindən yararlanacaqlarını bildirib:

“Kriştiano Ronaldo paltardəyişmə otağında önəmli insan və vacib oyunçudur. O, həlledici mövqedə oynayır və matçın taleyini həll edə biləcək hücumçudur.

Ronaldonun çox böyük təcrübəsi var. Milli komandada 198 oyun keçirmiş başqa futbolçu yoxdur. Bu bizim üçün çox qiymətlidir.

Düşünmürəm ki, bu cür təcrübəyə malik oyunçuya hansısa məşqçi qərarları lazım olsun. Hər şeyi futbol özü həll edir. Mən komandanın xeyirinə vacib qərarlar verirəm, lakin sonda məsələni həll edən futbolçulardır.

Kriştiano mardakı oyunlarda çox pozitiv və vacib rol oynadı. Odur ki, işə bu cür münasibət göstərməkda davam etmək lazımdır”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər