featured-image-29487

Kriştiano Ronaldo “Əl Nəsr”in oyunundan sonra onunla selfi çəkdirmək istəyən şəxsi itələyib. Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda “Əl Nəsr” 14-cü yeri tutuan “Əl Xalic” klubunu məğlub edə bilməyib – 1:1.

Portuqaliyalı futbolçu bu matçda məhsuldar hərəkətlərlə yadda qalmayıb.

38 yaşlı hücumçu görüşdən sonra rəqib komandanın oyunçuları ilə söhbət edib və onlardan birinə öz formasını bağışlayıb. Həmin vaxt “Əl Xalic” klubunun nümayəndələrindən biri ulduz futbolçuya yaxınlaşaraq selfi çəkdirmək istəyib. Ronaldo onu itələyib və əlini çəkməsini bildirib.

Qeyd edək ki, forvard son 4 oyunda cəmi 1 qol vurub.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər