Ronaldo özündən çıxdı, operatora qışqırdı - VİDEO
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl Şabab”la oyundan sonra əsəblərini cilovlaya bilməyib. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçunun komandası Ərəb Çempionlar kubokunun ilk matçında heç-heçə edib – 0:0.
62-ci dəqiqədə meydana girən ulduz oyunçu 12 dəqiqə sonra rəqib qapısına yol tapsa da, qol oyundan kənar vəziyyətə görə hesaba alınmayıb.
Portuqaliya millisinin lideri qarşılaşmadan sonra çox hirsli olub. Forvard əllərini yelləyərək özü-özünə nəsə danışaraq meydanı tərk edib.
Daha sonra futbolçu onu çəkən operatora su qabını ataraq, bir neçə dəfə kənara çəkilməsini istəyib.







