featured-image-15900

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliyada 18 milyon avroya villa alıb.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, ev paytaxt Lissabondan 40 km aralıda zənginlərin yaşadığı rayonda yerləşir.

2720 kvadratmetr olan villa 3 mərtəbəlidir. Ulduz futbolçu torpaq sahəsinin alınmasına və tikinti işlərinə 18 milyon avro xərcləyib. Bu, Portuqaliyada ən bahalı daşınmaz əmlak olub. Villanın 2023-cü ilin əvvəlinə tam hazır olması gözlənilir.

Ronaldonun Lissabon ətrafında bir neçə bahalı malikanə alması onun gələcəkdə karyerasını yetirməsi olduğu “Sportinq”də başa vurmaq ehtimalını artırır.

Bənzər xəbərlər