Ronaldo rəqib futbolçu ilə mübahisə etdi: "Siz oynamaq istəmirsiz" - VİDEO
Kriştiano Ronaldo “Əl Nəsr” – “Əl Feiha” oyunundan sonra rəqib komandanın futbolçusu ilə mübahisə edib. Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun görüşü qolsuz heç-heçə başa çatıb.
Portuqaliya millisinin lideri sonadək meydanda olub. Onun matç yekunlaşan kimi rəqib futbolçu Əli ƏL Zakana yaxınlaşıb “siz oynamaq istəmirsiz” deməyi canlı yayıma düşüb. Bundan sonra hücumçu birbaşa meydanı tərk edib. Oyundan sonra hər iki komandanın futbolçuları arasında yüngülvari mübahisə də yaşanıb.
Xatırladaq ki, Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 10 oyunda 11 qol vurub.
ANAR







