featured-image-40975

Əfsanəvi braziliyalı futbolçu Ronaldo ölkəsinin “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarını sata bilər.

Msport.az xəbər verir ki, veteran hücumçu bu barədə “Globo” nəşrinə açıqlamasında deyib.

O, bildirib ki, ölkələr arasındakı məsafənin uzaq olması onu yorur: “Bu klublarda qalmağa davam edəcəyimi deyə bilmərəm. Bir ölkədən digərinə keçmək yorucudur. Amma hələlik öz vəzifəmdən həzz alıram”. 

Qeyd edək ki, “Kruzeyro” ötən mövsüm Braziliya çempionatında 14-cü pilləni tutub.  “Valyadolid” isə İspaniya Sequndasında ikinci yerdə gedir.

Bənzər xəbərlər