Ronaldo sahibi olduğu klubu satdı
İspaniya La Liqasının autsayderi “Valyadolid”in sahibi Ronaldo tezliklə klubu satacaq.
Msport.az xəbər verir ki, alqı-satqı ilə bağlı razılıq bir neçə həftə əvvəl əldə olunub, lakin tərəflər bunu may ayına kimi elan edə bilmir. Ona görə də “Valyadolid”in yeni sahibi hələlik məlum deyil. Braziliyalı əfsanəvi futbolçu klubu 40 milyon avroya satıb.
Ronaldo “Valyadolid”i 2018-ci ilin yayında alıb. Bu müddət ərzində ispan klubu iki dəfə La Liqanı tərk edib. Komandanın bu mövsüm də elitada qalmaq şansı yüksək qiymətləndirilmir. “Valyadolid” turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.