Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər - Azarkeşlərə qarşı jestə görə
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər. Msport.az ESPN-Ə istinadən xəbər verir ki, “Əl Hilal”la oyundan (0:2) sonra o, azarkeşlərə qarşı qeyri-etik jest edib.
Portuqaliyalı futbolçu rəqibin “Messi”, “Messi” qışqıran azarkeşlərinə əlini cinsiyyət orqanına qoyaraq, göstərib. Səudiyyəli hüquqşünas Nuf Bin Ahmed Ronaldonun davranışı ilə bağlı prokurorluğa müraciət edib:
“Hətta kütlə onu təxribata çəkibsə belə, o, doğru hərəkət etməyib. Ronaldonun hərəkəti cinayətdir, bu ictimai yerdə nalayiq davranışdır. Bu cinayəti əcnəbi edirsə, o, ölkədən deportasiya olunur”.
“Əl Nəsr”in forvardının davranışı Səudiyyə Ərəbistanının ən populyar verlişində də müzakirə edilib. Aparıcı “Əl Nəsr”dəki mənbələrinə əsasən bildirib ki, Ronaldo həmin yerdən zərbə aldığına görə belə edib.
ANAR ABDULLAYEV







