featured-image-20219

DÇ-2030-a ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanı Kriştiano Ronaldoya bu ölkənin elçisi olmağı təklif edib.

Msport.az “France 24″ə istinadən xəbər verir ki, bunun üçün portuqaliyalı futbolçuya 200 milyon avro ödəniləcək.

Qeyd edək ki, 37 yaşlı hücumçu “Əl Nəsr”də də mövsümə 200 milyon avro qazanacaq.

Ulduz futbolçunun Səudiyyə Ərəbistanında əldə edəcəyi gəlir bununla məhdudlaşmır. DÇ-2030-un səfiri olacağı üçün də Ronaldo 200 milyon avro da əldə edəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, Portuqaliya, İspaniya və Ukrayna ilə birgə mundialı təşkil etmək istəyir.

Bənzər xəbərlər