Ronaldo yenə titulsuz qaldı
Səudiyyə Ərəbistanı Kral Kubokunda 1/8 finalın oyunları keçirilir.
Msport.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış ediyi “Əl-Nəsr” öz meydanında “Əl-İttihad”la qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Əl-İttihad”ın qollarından birini “Real”ın keçmiş hücumçusu Kərim Benzema vurub.
Bununla Ronaldo “Əl-Nəsr”də yenə titulsuz qalıb.







