featured-image-25472

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Roberto Martines Lixtenşteyn və Lüksemburqla AVRO-2024-ün seçmə mərhələ oyunlarına 38 yaşlı hücumçunu da çağırıb.

Ronaldo ilə yanaşı, “Portu”nun 40 yaşlı müdafiəçisi Pepe də milliyə dəvət olunanlar sırasındadır.

Qeyd edək ki, Portuqaliya martın 23-də evdə Lixtenşteynlə, 3 gün sonra isə səfərdə Lüksemburqla qarşılaşacaq.

CAHİD

Bənzər xəbərlər