featured-image-36950

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Avro-2024-ün 6-cı turunda Lüksemburqla matçı buraxacaq.

Msport.az xəbər verir ki, buna səbəb onun sarı vərəqə limitini keçməsidir. Ona görə də 38 yaşlı forvard yığmaya kömək edə bilməyəcək.

Sözügedən matç sentyabrın 11-də San João da Vendadakı (Portuqaliya) “Alqarve” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Ronaldo Avro-2024-ün seçmə mərhələsində 5 oyunda 5 qol vurub. J qrupunda turnir cədvəlinə Portuqaliya millisi liderlik edir. Komandanın 15 xalı var.

Bənzər xəbərlər