Ronaldo yoldaşlıq oyununda het-trik etdi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq oyununda het-trik edib.
Msport.az xəbər verir ki, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib.
Penalti ilə 3-cü qola imza atan Ronaldo daha sonra əvəzlənib.
“Əl-Nəsr” – “Rio Ave” matçı 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Məhəmməd Simakan açıb.
Qeyd edək ki, Ronaldonun bu mövsüm ərzində iki yoldaşlıq görüşündə 4 qolu var. Bundan əvvəl o, iyulun 30-da Fransanın “Tuluza” komandası ilə yoldaşlıq görüşündə (2:1) qol vurub.