featured-image-24447

Kriştiano Ronaldo Suriyada zəlzələdən əziyyət çəkən uşaqla görüşüb. Msport.az “Reuters”ə istinadən xəbər verir ki, zəlzələdən sonra Nabil Səid xilasedicilərə deyib ki, arzusu portuqaliyalı futbolçunu görməkdir.

Həmin video sosial şəbəkələrdə yayılıb və uşağı Səudiyyə Ərəbistanı çempionatının “Əl Nəsr” – “Əl Batin” oyununa dəvət ediblər.

Nabil matçdan əvvəl ulduz futbolçu ilə görüşərək söhbət edib, onu qucaqlayıb:

“Ronaldonu görəndə fikirləşdim ki, bu xəyaldır. Mən gözlərimə inanmadım. Bilmirdim ki, bu yuxu nə vaxt qutaracaq. Allaha yalvarırdım ki,  yuxu olmasın. Hər kəsə Ronaldo ilə tanış olmağı arzu edirəm. O, çox yaxşı insandır”.

Xatırladaq ki, fevralın 6-da baş vermiş təbii fəlakət zamanı Suriyada 8476 nəfər ölüb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər