Ronaldodan 4 top buraxan qapıçı kimdir?
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Vahda” ilə oyunda poker edib.
Msport.az portuqaliyalı ulduzdan 4 top buraxan qapıçı Əbdülqüddüs Atiya ilə sizi tanış edir.
Atiya “Əl-Vahda”nın yalnız 3-cü qolkiperidir. Transfermarkt.com saytının məlumatına görə, 25 yaşlı futbolçu yalnız 7 rəsmi oyuna çıxıb.
Bu mövsüm Əbdülqüddüs dünya çempionatındakı fasilədən sonra forma şansı əldə edib. Onun qapını qoruduğu oyunlarda komanda bir görüşdə qalib gəlib və 3 matçda məğlub olub. Bu 3 qarşılaşmada qapıçı 8 top buraxıb, bunun da tən yarısını Ronaldodan.
Transfermarkt-ın məlumatına görə, Atiyanın dəyəri 75 min avrodur.
Ronaldonun dəyəri isə indi 20 milyon avro qiymətləndirilir.
Anar Abdullayev







