Ronaldodan 925-ci qol - VİDEO
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo karyerasında 925-ci qolu vurub.
Msport.az xəbər verir ki, “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda fərqlənib.
O, “Əl-Vehda” ilə matçın 48-ci dəqiqəsində hesabı açıb. Qarşılaşmada ikinci qolu isə Sadio Mane vurub. Bununla “Əl-Nəsr” 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Əl-Nəsr” hazırda 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.