Ronaldodan antirekord
Portuqaliya millisi Avro-2024-ün 1/8 final mərhələsində Sloveniyanı penaltilər seriyasında məğlub edib.
Msport.az xəbər verir ki, əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşdə son zərbələrdə dəqiq olan Portuqaliya qələbə qazanıb və 1/4 finala yüksəlib.
Portuqalların hücumçusu Kriştiano Ronaldo 105-ci dəqiqədə isə penaltidən yararlana bilməyib. O, milli komandalarla böyük turnirlərdə XXI əsrdə üç dəfə penalti qaçıran ilk avropalı oyunçu olub.
39 yaşlı forvard daha əvvəl Avro-2016-da Avstriya, DÇ-2018-də isə İranla görüşdə 11 metrlik zərbədən yararlana bilməyib.