Ronaldodan daha bir rekord
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo AÇ-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə oyununda start heyətində meydana çıxacaq.
Msport.az xəbər verir ki, bu ulduz futbolçunun yığmanın heyətində 197-ci oyunu olacaq.
Bu göstəriciyə görə o, dünya rekordçusuna çevrilib.
Ronaldo Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub.
Malayziya millisinin futbolçusu So Çi En isə 195 görüşdə forma geyinib.
ANAR ABDULLAYEV







