featured-image-19696

Kriştiano Ronaldo “Əl Nəsr”ə keçdikdən sonra Səudiyyə Ərəbistanı klubunun sosial şəbəkələrdəki izləyicilərinin sayı ikiqat artıb.

Msport.az xəbər verir ki, bu transferə qədər komandanın sosil şəbəkələrdəki səhifələrini 860 min nəfər izləyirdi.

Əgər dünən axşam saatlarında izləyicilərin sayı 1,6 milyona çatmışdısa, hazırda bu rəqəm 3,6 milyondur.

Yeti gəlmişkən, portuqaliyalı futbolçunun “Əl Nəsr”dəki maaşı məlum olub. Ulduz futbolçunun fiks əməkhaqqısı illik 90 milyon dollar olacaq. Sponsor müqavilələrini və digər bonusları nəzə alsaq, 200 milyon dollara kimi artacaq.

Bənzər xəbərlər