featured-image-28598

Səudiyyə Ərəbistanı kubokunda yarımfinal oyunları keçirilib. Msport.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” “Əl Vahda” klubuna 0:1 hesabı ilə uduzub.

Portuqaliya millisinin üzvü start heyətində şans əldə edib və sonadək meydanda olub. “Əl Vahda” 53-cü dəqiqədə azlıqda qalsa da, Ronaldo və komanda yoldaşları say üstünlüyündən istifadə edə bilməyiblər.

“Əl Nəsr” və Kriştiano 3 oyundur qol vura bilmirlər. 38 yaşlı hücumçu son dəfə aprelin 4-də fərqlənib.

Qeyd edək ki, “Əl Vahda” finalda “Əl Hilal”la qarşılaşacaq.

Bənzər xəbərlər