featured-image-21500

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl İttihad” klubuna məğlub olub – 1:3.

Msport.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

“Əl Nəsr”in yeganə qolunu sabiq “Beşiktaş”lı Taliska vurub.

Digər finalçı isə “Əl Feyxa” komandası olub.

Ronaldo artıq “Əl Nəsr”in heyətində ikinci rəsmi görüşdür ki, qol vura bilmir. O, bundan əvvəl “Əl İttifaq”la çempionat matçında da (1:0) rəqib qapısına yol tapa bilməmişdi. Lakin Ronaldo “Əl Nəsr” və “Əl Hilal” ulduzlarının PSJ-yə qarşı görüşündə dubl etmişdi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər