featured-image-77179

Asiya Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları keçirilir.

Msport.az xəbər verir ki, BƏƏ-nin “Əl-Vəsl” komandası Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı inamlı qələbəsi və yarımfinala yüksəlməsi ilə yekunlaşıb. Matçda hesabı 11-ci dəqiqədə portuqaliyalı ulduz Kriştiano Ronaldo açıb və bununla da peşəkar karyerasında vurduğu qolların sayını 969-a çatdırıb.

Qeyd edək ki, bu inamlı qələbə sayəsində adını yarımfinala yazdıran “Əl-Nəsr” turnirin bu mərhələsində “Əl-Əhli” – “Əl-Hüseyn” cütünün qalibi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər