Ronaldonon gəlişi Səudiyyə Ərəbistanına nə verib? - Nazir açıqladı
Səudiyyə Ərəbistanının İdman naziri Əbdül-Əziz ibn Turki əs-Səud Kriştiano Ronaldonun bu ölkənin liqasında çıxış etməsindən sonra əldə olunan effektdən danışıb.
Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, nazir çempionata böyük maraq yarandığını bildirib:
“Sizə bir misal çəkim, Ronaldonun gəlişi ilə dünyanın 137 ölkəsi bizim liqanı yayımlamağa başladı. Biz əvvəlcədən bunu istəyirdik, ancaq onlar deyirdi ki, bu bizə maraqlı deyil. Lakin bir oyunçu gələndən bütün dünyaya yayımlar gedir”.
Xatırladaq ki, Kriştiano Ronaldo ötən il dekabrın 30-da “Əl Nəsr” klubuna transfer olub. O, Səudiyyə Ərəbistanında ilinə 200 milyon avro qazanır.
ANAR ABDULLAYEV







