featured-image-23860

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Damak”la oyunda 3 qol vurub.

Msport.az xəbər verir ki, portuqaliyalı ulduz hazırda karyerasını davam etdirən futbolçular arasında ən çox het-trik edəndir.

Ronaldonun aktivində 62 het-trik var. Onlardan 52-ni klub səviyyəli yarışlarda edib, onunu isə Portuqaliya millisində.

Lionel Messi 56 dəfə het-trikə imza atıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər